AZ

Türkmənistanda kimya üzrə III Beynəlxalq Olimpiadaya start verilib

Yazını böyüt
Yazını kiçilt

Maqtımqulu adına Türkmən Dövlət Universitetində (TDU) III Beynəlxalq Kimya Olimpiadasına start verilib.

Hafta.az-ın yazdığına görə, Türkmənistan Təhsil Nazirliyinin saytı xəbər verir ki, olimpiadada 13 ölkədən nümayəndələr, o cümlədən dünyanın aparıcı universitetlərindən 200-dən çox tələbə və müəllim iştirak edib.

Türkmənistan Təhsil Nazirliyinin və TDU-nun rəhbərləri, münsiflər heyətinin üzvləri, həmçinin xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Maqtımqulu adına TDU-nun rektoru, kimya elminin inkişafı üçün beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Bu il olimpiadada 214 şagird iştirak edir ki, onlardan 81 nəfəri Azərbaycan, Rusiya, Çin, İran, Özbəkistan, Qazaxıstan, Ermənistan və sair kimi 12 xarici ölkənin 23 ali təhsil müəssisəsini təmsil edir.  Qalan 133 tələbə isə Türkmənistanın 21 universitetindən, o cümlədən TDU, Dövlət Tibb Universiteti, Y.Kakaev adına Neft və Qaz İnstitutu və sirdən qatılıb.

İştirakçılar mürəkkəb nəzəri və praktiki məsələlərin həllində yarışacaq, qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar.

Olimpiadanın açılış mərasimində təşkilatçı universitetin yaradıcı kollektivləri çıxış ediblər.

Seçilən
8
hafta.az

1Mənbələr