AZ

Qərbi Azərbaycan İcmasının ikinci beynəlxalq konfransı keçiriləcək

Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququnun diqqət mərkəzində olacağı tədbirə 51 ölkədən 100-dən çox xarici iştirakçının qatılacağı gözlənilir.

Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.

Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq.

Qeyd edək ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. O vaxt “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Seçilən
0
11
yeniazerbaycan.com

10Mənbələr