AZ

Dmitro Kuleba: Ukrayna sürətli sülhə razı olmayacaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba, CNN-ə müsahibəsində Ukraynadakı münaqişənin sürətlə həll olunmasına mane olan üç əsas səbəbi açıqlayıb.

Onun sözlərinə görə, birinci səbəb prezident Vladimir Zelenski ilə bağlıdır. Kuleba qeyd edib ki, Zelenski təzyiq altında istefa verməyəcək.

"İkinci səbəb, Ukraynanın sürətli həllə razı olmamasıdır", - deyə Kuleba vurğulayıb. Üçüncü amil isə Rusiyadır. Siyasətçinin fikrincə, "sülhün açarı" Moskvadadır, Kiyevdə yox. Bununla yanaşı, Kuleba Ukraynanın qanunvericilik səviyyəsində Rusiya ilə danışıqları qadağan etdiyini qeyd etməyib.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp ilin sonuna qədər Ukrayna münaqişəsi ilə bağlı danışıqlar təklif edə bilər. Tanınmış türk analitik Mehmet Çağatay Gülerin fikrincə, Tramp vəziyyətin getdikcə daha da çətinləşdiyini anlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr