"COP 29 Azərbaycanın dünyada mövqeyini dahada möhkəmlətdi".
Bu fikirləri QHT.az saytına Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ölkəmizdə keçirilən beynəlxalq tədbirin yekunlarına münasibət bildirərkən söyləyib. O, bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin beynəlxalq tədbirin açılışında söylədiyi fikirlər çox diqqətlayiqdir.
"Xüsusi ilə dünyada ikili yanaşmanı tənqid edən Prezident İlham Əliyev söylədiyi kimi ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!-Prezidentin bu fikirləri Azərbaycanın nə qədər güclü bir dövlət olduğunun göstəricisidir".