“Napoli” klubunun Arda Güleri transfer etmək istəməsinin detalları barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, Arda Gülerin "Napoli"nin 80 milyon avroluq ulduzunu əvəzləyəcəyi iddia edilib. “Todofichajes”in xəbərinə görə, İtaliya klubu Ardanı Xviça Kvaratsxeliyanın yerinə icarə əsasında kluba cəlb etmək istəyir. Xviça Kvaratsxeliyanın klubdan ayrılacağı deyilir. Xəbərdə “Real Madrid”in Arda Gülerlə yollarını ayırmaq istəmədiyi, ancaq icarə variantına razılıq verəcəyi irəli sürülüb. Qeyd edək ki, bundan əvvəl Ardan Gülerin “Real”dan icarə əsasında getmək istədiyi barədə xəbərlər dərc edilmişdi.