COP29-un iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr barədə hələ çox danışılacaq.
“EDnews” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 25-də keçirilən plenar iclasında deyib.
Spikerin sözlərinə görə, bəşəriyyətin gələcəyi ilə bağlı olan bu mötəbər və dünya miqyaslı tədbiri yüksək səviyyədə keçirməklə Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi, mötəbər toplantıların təşkilinə dair planlarını daha da genişləndirdi.