AZ

Azərbaycanda qardaş qardaşı öldürdü - YENİLƏNİB

Azərbaycanda kişinin qardaşını öldürməsinin bəzi detalları məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb mülk mübahisəsi olub.

Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.

***

10:48

Ağdaşda qətl törədilib.

Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.

Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Seçilən
3
10
avtosfer.az

10Mənbələr