AZ

Professor Calalinin həyatı təhlükədədir

İsveç-İran vətəndaşı olan professor Əhmədrza Calalinin həyatı təhlükədədir və İran hökuməti onu hər an edam edə bilər.

Bu barədə Əhmədrza Calaliyə Azadlıq Kampaniyası bəyanat yayıb.

Bildirilib ki, Tehran hökuməti onu 3133 gündür girov saxlayır və hər an həyatına son qoya bilər.

Kampaniya beynəlxalq təşkilatları, insan haqları fəallarını və İsveç dövlətini Əhmədrza Calalinin həyatını xilas etmək üçün İrana təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali isə 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.

visiontv.az



Seçilən
37
visiontv.az

1Mənbələr