Avropa Liqasının Liqa mərhələsinin “Qarabağ” – “Olimpik” (Lion) matçından öncə mətbuat konfransları və açıq məşqlər baş tutacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan və Fransa klubları arasında təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 27-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 16:45-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azərsun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Pyer Sajın Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:45-də start götürəcək. Fransa təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Olimpik” (Lion) görüşü noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.