AZ

Qırğızıstanda MTN rəhbərini hədələyən şəxs SAXLANILDI – FOTO

Qırğızıstanda MTN rəhbərini hədələyən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Taşiyevə hədə-qorxu ilə məktub yazan şəxsin saxlanılmasının təfərrüatlarını açıqlayıb.

Qeyd olunur ki, o, hərbi pilot kimi təhsil alıb. Sonradan Əfqanıstanla sərhəddə məhdud hərbi kontingentin tərkibində xidmət edib, burada döyüş təcrübəsi və sui-qəsd bacarıqları əldə edib. Eyni zamanda, 1994-cü ildən bu şəxs Qırğızıstan Silahlı Qüvvələrində xidmət edib.

Bundan əlavə, Milli Təhlükəsizlik Dövlət Komitəsi saxlanılan şəxsin xarici dövlətlərin xüsusi xidmət orqanlarında və “ölkədə ictimai-siyasi sabitliyin pozulmasında maraqlar güdən dağıdıcı qüvvələr”də iştirakını müəyyən edib. Lakin təfərrüatlar istintaqın maraqları baxımından açıqlanmır. (AKİpress).

Xatırladaq ki, noyabrın 20-də Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Taşiyev həyatına və ailəsinin təhlükəsizliyinə təhdidlərin yer aldığı fləş yaddaşlı məktub almasından danışıb. O, həmçinin qeyd edib ki, prezidentin həyatına 2, şəxsən ona qarşı isə 5-6 cəhdin qarşısı alınıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr