Gələn ilə neftin 70 dollar, 2026-2028-ci illərə isə 65 dollar olacağı proqnozlaşdırılır.
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
“Proqnozlaşdırılan qiyməti də nəzərə almaqla, 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 dollar, 2028-ci ilin sonuna isə 8522 dollar olacağı nəzərdə tutulur”,-o deyib.
"Cebheinfo.az"