AZ

“İsrail Fələstində insanlıq əleyhinə müharibə cinayətləri törədir” – Cüdit Butler

“Xüsusilə ABŞ və digər dövlətlər, İsraili məsuliyyətə cəlb etməlidir”.

Yenicag.az xəbər verir ki, bunu İsrailin Fələstində törətdiyi insanlıq əleyhinə müharibə cinayətlərindən danışan amerikalı politoloq Cüdid Butler deyib.

Onun sözlərinə görə, fələstinlilərin həyatı qəti olaraq görməzdən gəlinir:

“İsrailin Fələstinə qarşı apardığı əməliyyatlarda fələstinlilərin həyatı beynəlxalq ictimaiyyət tərəfindən görülmür. Bu müharibə mülki əhaliyə qarşı zorakılıq və qeyri-bərabər münasibətlər əsasında həyata keçirilir. Təəssüf verici məqam isə bu vəziyyətə hər kəsin susması və qeyri-ciddi yanaşmasıdır”.

“Sözün əsl mənasında, İsrail Fələstində insanlıq əleyhinə müharibə cinayətləri törədir. Mülki insanlara qarşı yönələn təcavüz beynəlxalq hüququn pozulmasıdır. Eyni zamanda Cenevrə Konvensiyasının prinsiplərinə ziddir. Buna dur demək lazımdır. Yəni beynəlxalq təzyiqin tətbiq olunması mütləqdir. Xüsusilə ABŞ və digər dövlətlər, İsraili məsuliyyətə cəlb etməlidir. Əks təqdirdə bu cinayətlərin cəzasız qalması beynəlxalq hüquq sisteminin zəifliyini ortaya qoyacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
14
yenicag.az

1Mənbələr