AZ

Fransa səfirinin Qərbi Azərbaycan dərdi

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini mütəmadi olaraq Azərbaycan əleyhinə təxribatçı fəaliyyəti və açıqlamaları ilə gündəmə gəlir. 

Səfir bu dəfə də Azərbaycana qarşı siyasi şantaj xarakterli fikirlər səsələndirib. Olivye Dekotini “X” sosial şəbəkəsində Qərbi Azərbaycan məsələsi ilə bağlı qəribə iddia ilə çıxış edib. İranın Qərbi Azərbaycan ostanının xəritəsini paylaşan Fransa səfiri yazıb: “Yeganə Qərbi Azərbaycan İran ərazisində yerləşir. Yeganə və yalnız bir”,-deyə diplomat qeyd edib. 

Bununla da Olivye Dekotini Ermənistanın Qərbi Azərbaycan adlanmasına qarşı etiraz mesajı verib. Səfir dolayısı ilə demək istəyir ki, Qərbi Azərbaycandan və bu torpaqlardan depotasiya edilmiş azərbaycanlı əhalinin öz evlərinə qayıtmasından söhbət gedə bilməz. 

Dekotini bununla da Qərbi Azərbaycanın tarixən ermənilərə məxsus olmasını iddia etməyə çalışır. 

“Cebheinfo.az”-a açqıqalamasında Frans səfirinin bu açıqlamasına münasibət bildirən millət vəkili, Qərbi Azərbaycan İcmasının üzvü Hikmət Babaoğlunun sözlərinə görə, Olivye Dekotini bu paylaşımı ilə səhvlərə yol verməklə yanaşı, müsbət fikirlər də səsləndirib:

“Fransa səfirinin “Qərbi Azərbaycan” terminini işlədərək onu özünəməxsus tərzdə şərh etməsinin həm yaxşı, həm də pis cəhəti var. Yaxşı cəhəti ondan ibarətdir ki, Azərbaycanın dövlət sərhədləri daxilində mövcud olan və olmayan Qərbi Azərbaycan, Azərbaycanın tarixi torpaqları haqqında müəyyən təsəvvürləri var. Deməli, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycanın sülh konsepsiyası haqqında məlumat Fransa diplomatlarının düşüncəsinə həkk olunub. 

Ancaq bu məsələnin mənfi tərəfi bundan ibarətdir ki, Azərbaycanın qərbinin hara olması ilə bağlı Fransa səfirinin fikir səsləndirmək səlahiyyəti yoxdur. Bu tarixi torpaqların Azərbaycan etnomədəni coğrafiyası olması barədə səfirin təsəvvürləri məhduddur. Doğrudur, o, öz aləmində Qərbi Azərbaycanın yalnız İranda yerləşən Qərbi Azərbaycan ostanından ibarət olduğunu düşünür. Amma cəhətlər və milli-mədəni coğrafiyalar sərhərlərlə məhdudlaşdırıla bilməz”. 

Deputat bildirib ki, qərb torpaqlarının harada olduğunu hamıdan yaxşı Azərbaycan xalqı bilir:

“Bugünkü Ermənistan Respublikası məhz tarixi Azərbaycan torpaqlarında yaradılıb. Həmin ərazilərdən zorla çıxarılmış azərbaycanlılar öz yurdlarına qayıdacaq. Bu, sülh qayıdışı olacaq və qonşu ölkənin suveren hüquqları çərçivəsində baş verəcək. Mənə elə gəlir ki, Fransa səfiri məsələni bu cür qoysa, diplomatik və siyasi baxımından daha obyektiv mövqe sərgiləyə bilərdi. Çünki Qərbi Azərbaycana Qayıdış konsepsiyası öz tarixi torpaqlarımıza dönməklə Ermənistan konstitusiyasının təminatı altında yaşamağı nəzərdə tutur. Təəssüf ki, Fransanın Prezidenti kimi, səfiri də qayıdış planını manipulyasiya edir”. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr