AZ

“Bu göstəricinin 7 200 dollar ətrafında olacağı gözlənilir”

“Ölkəmiz qlobal iqtisadiyyatda özünü gücləndirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Azərbaycan enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilib. Bölgənin və Avropanın 12 ölkəsinə Azərbaycan qazı ixrac ediləcək. Prezidentin rəhbərliyi ilə iqtisadi artım və dayanaqlılığa yönəlmiş islahatlar uğurla davam etdirilməkdədir. COVİD-dən əvvəl və 2024-cü il nəzərə alınmaqla, ölkədə ÜDM-in 14.4%, qeyri-neft qaz sektorunda isə 1.3 dəfə artım gözlənilir.

Adambaşına ÜDM COVİD-dən əvvəlki dövrdə 2019-cu ildə təxminən 4 850 ABŞ dolları təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7 200 ABŞ dolları ətrafında olacağı gözlənilir”.

Nuranə Daxilqızı 

 

Seçilən
0
1
qafqazinfo.az

2Mənbələr