AZ

Qırmızı dənizdə turistləri daşıyan yaxta qəzaya uğradı

Misirin Marsa əl-Aləm şəhəri sahillərində Qırmızı dənizdə turist yaxtası qəzaya uğrayıb.

Avtosfer.az ajans.az-a istinadən xəbər verir ki, gəminin göyərtəsində 14 ekipaj üzvü və 31 turist olmaqla 45 nəfər olub.

Qeyd edildiyi kimi, xilasedicilər zərərçəkənləri sahilə çıxarmağa başlayıb, lakin xilas edilənlərin dəqiq sayı açıqlanmayıb. Turistlərin vətəndaşlığı barədə də məlumat verilmir.

Məlum olub ki, yaxta noyabrın 24-də yola düşüb və beş gün sonra Hurqadaya enməli idi. Noyabrın 25-i bazar ertəsi səhər o, qəza siqnalı göndərib. Qəzanın səbəbləri araşdırılır.

Seçilən
24
avtosfer.az

1Mənbələr