Xudat şəhərində abadlıq-quruculuq işləri davam etdirilir
Xaçmaz rayonunun Xudat şəhərində abadlıq-quruculuq işləri davam etdirilir. Şəhərdə yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, yeni yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır.
Görülən işlərin davamı olaraq Xudat-Yalama yolu genişləndirilir, piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur, müasir gecə işıqlandırma sistemi yaradılır. Yolun üzərində yeni yaradılan və müasirliyi özündə əks etdirən kompozisiya yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Xudat şəhərində görülən işlərlə tanış olub, tapşırıq və tövsiyyələrini verib. İcra başçısı yerli sakinlərlə həmsöhbət olub, həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı təklifləri dinləyib.