"Real"ın braziliyalı hücumçusu Vinisius Junior omba nahiyəsindən zədə alıb.
QOL.az xəbər verir ki, bu brədə COPE məlumat yayıb.
Braziliyalı futbolçu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu mövsüm Vinisius bütün yarışlarda 18 matçda iştirak edib, 12 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının yaydığı məlumata görə, Vinisiusun transfer dəyəri 200 milyon avrodur.