AZ

UNEC ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının məzunlarına diplomlar təqdim edilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramını bitirən növbəti məzunlar üçün təntənəli Məzun Günü keçirilib.

Yunanıstanda keçirilən Məzun Günündə UNEC rektoru professor Ədalət Muradov, Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulidis, Azərbaycanın Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Yunanıstan Parlamentinin üzvü Theofanis Papas, Qərbi Makedoniya qubernatorunun müavini Dimitrious Savvopulos, Kastoria şəhərinin meri İoannis Korentsidis və digər rəsmi şəxslər iştirak ediblər.
Hər iki universitet arasında 8 ildir ki, reallaşdırılan birgə magistr proqramından bu il 67 nəfər məzun olub.

Məzun Günündə çıxış edənlər “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə diplom proqramının hər iki ölkə arasında elm, təhsil və sosial əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirilməsinin UNEC-in uğuru olmaqla yanaşı, həm də Azərbaycanın ali təhsil xidmətlərinin Avropa İttifaqına ixracının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib.

UNEC rektoru professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulids tərəfindən imzalanan birgə diplomlar məzunlara təqdim edilib.

Seçilən
15
10
sia.az

10Mənbələr