AZ

Ərdoğan Kılıçdaroğluna qarşı iddia qaldırdı- Cinayət işi başladıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Azpost.info xəbər verir ki, bu barədə X-də Türkiyə liderinin vəkili Hüseyn Aydın məlumat verib.

Ərdoğan ona dəyən mənəvi ziyana görə Kılıçdaroğludan 500 min lirə təzminat tələb edib.

“2016-cı il iyulun 15-də baş verən qanlı çevriliş cəhdindən dərhal sonra prezidentimiz Kılıçdaroğluna qarşı qaldırdığı bütün iddiaları siyasi diskussiyada mədəni atmosfer yaratmaq ümidi və arzusu ilə geri götürdü. Ötən səkkiz ilə baxmayaraq, Kılıçdaroğlu tərəfindən bu məsələdə heç bir irəliləyiş yoxdur. Əksinə, kobudluq davranış modelinə çevrilib”, – vəkil qeyd edib.

Onun sözlərinə görə, Ərdoğanla bağlı təhqir və böhtan dolu ifadələrə görə Kılıçdaroğluna qarşı Ankara Baş Prokurorluğunda cinayət işi açılıb.

Azpost.info

Seçilən
6
azpost.info

1Mənbələr