AZ

Füzuli rayonunun 11 qayıdış qəsəbəsində içməli su yoxdur - Vüqar Bayramov

"Bu büdcə müstəqillik tarixinin ən böyük büdcəsidir. Nəzərə alsaq ki, 2025-ci ildə bir çox sahələrə vəsaitin ayrılması artacaq, bu o deməkdir ki, büdcə xərcləmələrə uyğundur. 2025-ci ildə 51 faiz qeyri-neft sektorunun payına düşəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

"Büdcə gəlirlərinin açıqlanmasında yeni metodlardan istifadə olunması, subsidiyaların ÜDM-ə təsir etməsi olduqca vacibdir. Füzuli rayonunun 11 qayıdış qəsəbəsində 10 minə yaxın sakin yerləşib. Həmin ərazilərdə təəssüf ki, içməli su yoxdur. Təklif edirəm ki, burada içməli su təmin edilsin".

Türkan

Seçilən
12
redaktor.az

1Mənbələr