Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat baş tutub.
Bakupost.az xəbər verir ki, Nazirliyin İnformasiya Texnologiyalarının Tətbiqi və Elektron İdarəetmə Departamentinə yeni direktor təyin edilib.
Məlumata görə, nazirin əmri ilə bu vəzifəyə Aynur Qurbanlı gətirilib. O, daha əvvəl Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb.