Qazaxıstan Rusiya qazını öz ərazisi vasitəsilə Çinə tədarük etməkdə maraqlıdır və müsbət qərar qəbul olunarsa, marşrut üçün ərazi ayırmağa hazırdır.
Publika.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev jurnalistlərə bildirib.
“Qazaxıstan, şübhəsiz ki, bu layihənin həyata keçirilməsində maraqlıdır. Amma razılaşdırılmış qiymətə daxili bazar üçün 10 milyard kubmetrə qədər qazın tədarükü şərti ilə”, - Energetika Nazirliyinin rəhbəri bildirib.
O, layihənin ilk növbədə iki dövlətin səlahiyyətinə aid olduğunu, həyata keçirilməsinə başlamaq üçün əsas parametrləri özləri müəyyən etməli olduğunu vurğulayıb.
Noyabrın 15-də Rusiya baş nazirin müavini Aleksandr Novak bəyan edib ki, Rusiya tərəfi Çinə qaz ixracı üçün yeni potensial marşrutu nəzərdən keçirir. Daha sonra o, bu layihənin hazırlanmasının ilkin mərhələdə olduğuna aydınlıq gətirib: