AZ

Çində soyuq dalğa və qar fırtınası ilə əlaqədar "sarı xəbərdarlıq" elan edilib

Çinin şimal-şərqində gözlənilən soyuq dalğa və qar fırtınası ilə əlaqədar "sarı həyəcan" elan edilib.

Çin Milli Meteorologiya Mərkəzinin verdiyi açıqlamada, ölkənin şimal və mərkəzi bölgələrinin əksəriyyətində hava istiliyinin yaxın 4 gündə 6-10 dərəcə aşağı düşəcəyi bildirilib.

Açıqlamada bu gün və sabah Daxili Monqolustan Muxtar Bölgəsində və ölkənin şimal-şərqindəki Heylonqcianq, Cilin və Liaoniq əyalətlərində qar fırtınası gözlənildiyi, pis hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edildiyi bildirilib.

Açıqlamada sürücü və piyadalardan qarlı hava şəraitində daha diqqətli olmaları tövsiyə edilib, yerli hakimiyyət orqanları isə avtomobil yolları, dəmir yolları, elektrik verilişi və kommunikasiya xətləri ilə bağlı lazımi tədbirlər görməyə çağırılıb.

Seçilən
14
2
aznews.az

5Mənbələr