AZ

Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçildi...

Image

On birinci çağırış Gürcüstan parlamentinin ilk iclasında təşkilatı məsələyə baxılıb. Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib. Parlamentin 88 deputatı onun seçilməsini dəstəkləyib.

Bundan başqa, 11-ci çağırış parlamenti 150 deputatın səlahiyyətini də tanıyıb.

MSK-nın rəsmi nəticələrinə əsasən, 11-ci çağırış parlamentinə beş siyasi subyekt seçilib. 150 deputatdan ibarət parlamentdə “Gürcü arzusu” partiyası 89 mandat əldə edib. Qalan yerlər “Dəyişiklik Naminə Koalisiyası”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və Qiorgi Qaxarianın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyaları arasında bölüşdürülüb. Lakin müxalifət parlamentdə iştirak etmək niyyətində olmadığını bəyan edib.

ZÜMRÜD





Seçilən
14
baki-xeber.com

1Mənbələr