AZ

Xankəndində yaşayanlar üçün güzəştlər olmalıdır - Tural Gəncəliyev

Xankəndində məşğulluq, iqtisadi inkişaf prosesində sakinlərə güzəştlər olmalıdır. Bunu deputat Tural Gəncəliyev deyib. 
 
"Xankəndində hazırda mövcud olan yenidənqurma işləri müsbət haldır. Tikiş fakribi, Qarabağ Universitetinin naliyyətləri sevindirir. Bura köçən əhali üçün məşğulluq, iqtisadi inkişaf üçün güzəştlər olması üçün xahiş edirəm", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Spiker Sahibə Qafarova deputat cavab olaraq söyləyib ki, mövcud olan güzəştlər üçün xahiş etmək lazım deyil. 
 
"Xahiş etdiyiniz məsələlər yerinə yetirilir. Mövcud olan vəziyyət üçün niyə xahiş edirsiniz?, - spiker bildirilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
9
anews.az

1Mənbələr