Demokrat.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstandan olan ürək-damar cərrahiyyəsi üzrə 80-ə yaxın aparıcı mütəxəssisin iştirak etdiyi konqresdə Türk dünyası ölkələri arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söz açılıb. Tibb sahəsində əlaqələrin, xüsusilə ürək-damar cərrahiyyəsi üzrə təcrübə mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Çıxış edən nümayəndələr öz ölkələrində ürək-damar cərrahiyyəsi, cərrahi təlim və xəstələrə qulluq sahəsində mövcud çatışmazlıqlar barədə məlumat verib, onların aradan qaldırılması istiqamətində yol xəritəsi müəyyən edilib, gələcəkdə həyata keçiriləcək təlimlərin əsası qoyulub.
Yeni yaradılan birlik Türk dünyası ölkələrində ürək-damar cərrahiyyəsi sahəsində davamlı təhsil proqramları həyata keçirmək, bu ölkələrdən olan mütəxəssislərin qarşılıqlı təcrübə proqramlarında iştirakını təmin etmək üçün layihələr hazırlayıb. Layihə çərçivəsində həkimlər, tibb bacıları və perfuzionist mütəxəssislərin İstanbul və Ankarada 7-14 günlük təlim proqramlarında iştirakı planlaşdırılır. Bu layihələrin icrasına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dəstək veriləcək.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılmasının Türk dünyası ölkələri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, elmi və praktiki məlumat mübadiləsinin daha sistemli aparılması üçün əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında inkişaf edən əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin yaradılması təşəbbüsü 2023-cü il mayın 19-dan 21-dək Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi zamanı "Türk dünyasında ürək-damar cərrahiyyəsinin gələcəyi" adlı dəyirmi masada irəli sürülüb.
10Mənbələr
-
referans.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edildi - Fotolar ( 13370428)
-
manset.azTürk Dünyası ölkələrinin yeni birliyi YARADILDI ( 13369837)
-
teleqraf.comTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edildi ( 13369501)
-
publika.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edildi - Fotolar ( 13369483)
-
modern.azTürk Dünyası ölkələrinin yeni birliyi YARADILDI ( 13368799)
-
moderator.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edilib ( 13368124)
-
veteninfo.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edildi – FOTOLAR ( 13366792)
-
azadmedia.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edilib » AzadMedia.az ( 13364038)
-
azadmedia.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edilib » AzadMedia.az ( 13363747)
-
demokrat.azTürk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyi təsis edilib — FOTOLAR ( 13362418)