AZ

Türkiyə daha 7 terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri Suriyanın şimalında PKK-YPG terror təşkilatının 7 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumatı “Anadolu” yayıb. 

Silahlılar Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatları çərçivəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, Türkiyə ordusu bölgədəki terror təhlükəsini aradan qaldırmaq üçün qətiyyətlə mübarizəni davam etdirəcək.

Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.

P.ƏMİRCANOV
XQ

Seçilən
2
3
xalqqazeti.az

10Mənbələr