Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək Avropa Liqası matçına 17500 bilet satılıb.
Msport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.