Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb.
EDnews xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib:
“Xahiş edirik ki, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi açıqlamalarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”.
Qeyd edək ki, Ermənistan MN hərbi sirr sayılan məlumatları paylaşmamaq çağırışı ilə ötən gün müraciət yayıb.