“Quru sərhədlərinin açılması 100 minlərlə şəxsin ölkəyə axını ilə nəticələnə bilər”.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən təsirlənən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələlənə bilər:
“İranda hərbi zərbələrdən qorunmaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.