AZ

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb

Səfir
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov məzunu olduğu 53 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a bildirilib ki, səfir əvvəlcə məzunu olduğu məktəblə tanış olub, sinif otaqlarını gəzib, vaxtilə ona dərs demiş müəllimi ilə görüşüb, söhbətləşib.
Məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə Məmməd Talıbov haqqında məlumat verib, gərgin iş qrafikinə baxmayaraq doğma məktəbində şagirdlərlə görüşə vaxt ayırdığı üçün qonağa təşəkkürünü bildirib. Məmməd Talıbov doğma məktəbi ilə bağlı xatirələrindən, keçdiyi həyat yolundan, qazandığı təcrübələrdən danışıb, uğurun sirri, gələcək üçün vacib olan peşələrə yiyələnməyin önəmindən söz açıb, hədəfə doğru gedən yolda şagirdlərə əzm və iradəli olmağı tövsiyə edib. Səfir daha sonra şagirdləri maraqlandıran sualları cavablandırıb.
Seçilən
0
3
1news.az

4Mənbələr