AZ

COP29 öz hədəflərində çatdı - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti ilə yadda qaldı. 198 tərəfdaş ölkədən 197-nin nümayəndələrinin iştirakının təmin edilməsi, 80 ölkənin təmsilçisinin liderlər səviyyəsində toplantılara qatılması, təhlükəsizlik tədbirlərinin, təşkilatçılıq fəaliyyətinin ən üst səviyyədə olması hər kəs tərəfindən təqdirəlayiq hal kimi qəbul olundu”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov bildirib.

Politoloq COP29-un digər əsas hədəfi olan iqlim dəyişikliyi ilə bağlı bir çox razılaşmanın əldə olunmasını da Bakının uğuru kimi dəyərləndirdi.

“Paris sazişindən sonra ən problemli məsələ 6-cı maddənin icrası ilə bağlı idi. Bu istiqamətdə uzun illər COP-larda aparılan müzakirələr öz bəhrəsini verməmişdi. Amma COP 29-da 6.2, 6.4, 6.8 maddələri ilə bağlı ümumi razılaşmaların əldə edilməsi ümumilikdə 6-cı maddənin işlək vəziyyətə gətirilməsi oldu. Karbon emissiyalarının azaldılması, karbon bazarının formalaşdırılması və az inkişaf etmiş ölkələrə maliyyə yardımının artırılması ilə bağlı konkret kvotaları nəzərdə tuturdu ki, buna böyük ölçüdə nail olundu. Bunu COP-un “Bakı sıçrayışı” adlandırmaq mümkündür”.

Politoloq COP29-da Zərər və inkişaf fonduna maliyyə vəsaitinin cəlb edilməsində irəliləyişlərə nail olunduğunu da qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı 300 milyard dollar hədəfin razılaşdırılması böyük uğur kimi qəbul oluna bilər.
“Təbii ki, hər hansı COP-da əldə olunan razılaşmalar inkişaf baxımından növbəti COP-larda daha da təkmilləşdirilir və bu istiqamətdə bir il ərzində əldə olunan nailiyyətlərin icrası ilə bağlı xeyli uğurlara imza atılacaq. Bütün bunları nəzərə alaraq demək olar ki, COP29 öz hədəflərində çatdı”.

Seçilən
23
hafta.az

1Mənbələr