AZ

Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı

Bakıda aktrisanın şikayəti əsasında xanım bəstəkar-prodüser saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş bəstəkar-prodüser Ləman A. adlı xanıma Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

 

Məlum olub ki, Ləman A.-ya cinayət işi aktrisa Nurəngiz Quliyevanın şikayəti əsasında açılıb. 

 

Belə ki, Ləman zərərçəkmiş qadınını 5 min manata Bakı şəhərində fəaliyyət göstərən teatrların birinə aktrisa vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib. Nurəngiz Quliyeva ona 2 min manat verib və qalan 3 min manatı işə düzəldikdən sonra ödəyəcəyini deyib. 

 

Üzərindən xeyli müddət keçdikdən sonra teatra işə düzəlməyən Nurəngiz Quliyeva təqsirləndirilən xanımdan 2 min manatını tələb edib. 

 

Məhkəmənin qərarı ilə Ləman A.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs qarşısında Sumqayıtda yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub. 

Tarix: 25 Noyabr 2024, 20:22   
Seçilən
2850
6
pravda.az

8Mənbələr