AZ

YENİ QƏRAR! Palto ilə maşın sürənlərƏ YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa cərimə 10 qat artırılacaq

Artıq Avropa ölkələrində də bizdəki kimi havalar soyuyub, bəzi ölkələrdə artıq ilk qar yağıb.

Avropanın əksər ölkələrində qışda qalın geyinən sürücülərə cərimə tətbiq edilir. Kimsə avtomobili yüngül gödəkçə ilə idarə edirsə, heç bir problem yoxdur. Lakin ağır palto ilə hərəkət etmək inzibari xəta predmetidir. Səbəb də konkretdir.   

Avropa ölkələrinin çoxunda qanunvericilər hesab edirlər ki, qalın geyim sürücünün manevr imkanlarını məhdudlaşdırır. Almaniyada qəzaların analizi zamanı sübut olunub ki, çox qalın palto qəza və ya kəskin tormozlama zamanı sürücünün qaraciyəri, yaxud bağırsaqlarının zədələnməsi ilə nəticələnə bilər. Çünki qalın geyim zamanı təhlükəsizlik kəməri sinədə deyil, daha aşağı hissədə durur. 


Bu səbəbdən qalın geyimə görə Fransada 35 avro, Belçikada 174 avro, İspaniya və Almaniyada 200 avro cəza müəyyən edilib. Böyük Britaniyada bu xətaya görə 100 funt (214 manat) cəza müəyyən edilib. Yox əgər, kimsə polisin qorxusundan hərəkət zamanı paltosunu çıxararsa, o zaman cəza 6000 funtdur (13 000 manata yaxın). 

Adları çəkilən ölkələrdə uşaq oturacaqlarında əyləşən körpələrin də çox qalın geyindirilməsi inzibati xəta predmetidir. Motosiklet sürücülərinə isə, tam əksinə qalın geyim tövsiyə edilir. (Avtosfer.az)

Seçilən
7
10
ekologiya.az

10Mənbələr