AZ

Danimarka Baltik dənizində kabel xətlərinin zədələnməsi ilə bağlı Çinlə danışıqlara qoşulub

Danimarka Baltik dənizində sualtı kabel xətlərinin zədələnməsi və bunda Çinin “Yi Peng 3” yük daşıyıcısının rolu ilə bağlı təhqiqatla bağlı Çinlə danışıqlara qoşulub.

“Report” xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı və Danimarkanın “Danmarks radio” telekanalları məlumat yayıb.

Məlumata görə, Çin gəmisi hazırda Byar yarımadası yaxınlığındakı Katteqat boğazının ortasında beynəlxalq sularda lövbər salıb.

Qeyd olunur ki, Danimarka Hərbi Dəniz Qüvvələri altı gün ərzində “Yi Peng 3”ü müşahidə edib, həftə sonu danimarkalılara İsveç və Almaniyanın sahil mühafizə gəmiləri də qoşulub.

Eyni zamanda, İsveçin gəminin mümkün təxribatda iştirakı ilə bağlı apardığı araşdırma çərçivəsində ekipajın dindirilməsi üçün Çin hökumətindən icazə istənilib. Telekanalların məlumatına görə, İsveçin bir neçə hüquq orqanının vəkilləri gəmidə məcburi axtarış variantı da daxil olmaqla, mümkün fəaliyyətlərin müxtəlif vəziyyətlərini öyrənirlər.

Xatırladaq ki, noyabrın 18-də Finlandiya ilə Almaniya arasında çəkilmiş sualtı telekommunikasiya kabel xətti sıradan çıxıb. “Yi Peng 3” gəmisinin kabel xətlərinin kəsildiyi yerlərə bilavasitə yaxın marşrut üzrə hərəkət etməsi istintaqın gəmi ilə maraqlanmasına səbəb olub.

Seçilən
61
1
far.az

2Mənbələr