İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.
Viral.az xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.
Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.
Son Yazılar:
- “Arsenal” klubunun sabiq futbolçusuna bıçaqla hücum EDİLDİ
- Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatdı
- Azərbaycan və Latviya genişmiqyaslı iqtisadi əməkdaşlıqda maraqlıdır
Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.
Qeyd edək ki, N.Bentner 2005-2014-cü il aralığında “Arsenal”ın futbolçusu olub. Müxtəlif vaxtlarda icarə əsasında “Birmingem”, “Sanderlend” ( hər ikisi İngiltərə) və “Yuventus”un (İtaliya) şərəfini qoruyub. 36 yaşlı keçmiş futbolçu son olaraq ölkəsinin “Kopenhagen” komandasında çıxış edib.