AZ

Moskva-Şarja reysini həyata keçirən təyyarə Bakı aeroportuna məcburi eniş ETDİ

“Air Arabia” aviaşirkətinin Moskva-Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Bu barədə Viral.aza Heydər Əliyev Beynəlxalq Aeropotunun mətbuat xidmətindən bildirilib.

Bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.

Son Yazılar:

“Airbus A320” təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.

Seçilən
13
47
viral.az

10Mənbələr