AZ

"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq

 "Qalatasaray" ciddi itki ilə üzləşib.

"Unikal" xəbər verir ki, müdafiəçi Kaan Ayhan sıradan çıxıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Superliqanın 13-cü turunda "Bodrum"la matçda ayaq əzələsindən zədə alan futbolçunun ən azı 3-4 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu müddətdə "Qalatasaray" Avropa Liqasında "AZ Alkmar", Super Liqada isə "Eyüpspor" və "Sivasspor"la qarşılaşacaq.

Qeyd edək ki, Kaan Ayhan bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 16 rəsmi matça çıxıb və 1 qol ötürməsi edib.

Seçilən
43
13
unikal.az

10Mənbələr