Bakı. Trend:
Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-dəAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəngedib.
Trend xəbər verir ki, telefondanışığı əsnasında dövlətimizin başçısı Donald Trampı AmerikaBirləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsimünasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki,seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasixəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampınfəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmlirol oynacaqdır.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlararasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampınxüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfliəlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinəümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görəPrezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Trampölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədiləbirgə səylərlə çalışmağın vacibliyini bildirib.