AZ

Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama

Qazaxıstanın Energetika Nazirliyi Bakı-Tiflis-Ceyhan neft kəməri ilə tədarükün 20 milyon tona çatdırılmas imkanlarınıı öyrənir.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib.

“2024-cü ildə Bakı-Tiflis-Ceyhan vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılıb. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, - o bildirib.

Nazir qeyd edib ki, bu marşrut hazırda ən perspektivli istiqamətlərdən biridir, çünki həm Qazaxıstan, həm də Azərbaycan bu kəmərlə Qazaxıstan neftinin tədarük həcminin inkişafında və sistemli artırılmasında maraqlıdırlar.

O, ötürmə qabiliyyəti ildə 5 milyon ton, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədər olan Bakı-Supsa neft kəmərinin imkanlarının da nəzərdən keçirildiyini vurğulayıb.

Seçilən
30
1
axar.az

2Mənbələr