Ermənistanın Kotaysk əyalətində kişi qumbara partlatmaq istəyib.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Ptqni kəndində qeydə alınıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Həmin şəxsi dilə tutaraq fikrindən daşındıra biliblər.
Bildirilir ki, hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb.