AZ

Serbiya parlamentində deputatlar arasında dava düşüb - Video

Serbiya parlamentində müxalifət deputatları və hakim Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi koalisiya üzvləri arasında dava düşüb.Bu barədə Oxu.Az "RİA Novosti" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, parlamentdə 2025-ci ilin büdcə layihəsinə baxılması nəzərdə tutulubmuş. Lakin iclasın əvvəlində, gündəm təsdiqləndikdən sonra müxalifət deputatları hökumətin istefasını tələb ediblər. Bundan sonra mübahisə böyüyüb və deputatlar əlbəyaxa davaya çıxıblar.


www.anews.az
Seçilən
23
3
anews.az

4Mənbələr