AZ

Avstriya Qazprom ilə yarım əsrlik əlaqələrini dayandırıb

...50 ildən də artıq olan əlaqələrdən sonra Avstriya “Qazprom” ilə əməkdaşlığı dayandırdı. Buna təkan verən isə rus qazının həbsi olub..?

SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir.

Bu ayın əvvəlində Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”dan Avstriyanın OMV qrupuna qaz axınınındayandırılmasına təkan verən səbəb arbitraj qərarının xərclərini ödəmək üçün Rusiya qazının ələ keçirilməsi olub. Qeyd edək ki, bu ayın əvvəlində OMV Almaniya bölməsinə qeyri-qanuni tədarüklərə görə “Qazprom”-a qarşı Almaniyada 230 milyon avro dəyərində arbitraj qazandığını və “Qazprom”-un fakturalarına qarşı iddianın dərhal icrası üçün addımlar atacağını bildirmişdi.

Üç gün sonra “Qazprom” Avstriya şirkətinə qaz nəqlini dayandırıb.

Qazprom və OMV-yə yaxın üç anonim mənbənin məlumatına görə, Avstriya şirkəti oktyabrda 230 milyon avro dəyərində qaz tədarükünü ələ keçirib.

Yeri gəlmişkən, bu, ilk dəfədir ki, Avropa İttifaqından olan müştəri “Qazprom”-a qaz pulunu ödəmir.

Beş mənbədən biri bildirib ki, keçən həftə tədarükün kəsilməsi OMV-yə “Qazprom”un müqavilələri pozduğunu iddia etmək imkanı verir.

Nəşrin məlumatına görə, “Qazprom” da öz növbəsində guya qazın həbsini ödəniş edilməməsi kimi qiymətləndirir və bu səbəbdən tədarükünü dayandırıb.

Xatırladaq ki, OMV 1968-ci ildən sovet və rus qazını alırdı.Baş verənlər göstərdi ki, Avstriya firması “Qazprom”la 2040-cı ilə qədər bağlanmış müqavilələrə baxmayaraq, Rusiya qazı alışından tamamilə imtina etmək yollarını axtarır.

Əli Babayev

Seçilən
33
sia.az

1Mənbələr