AZ

Daha bir ölkədə güclü zəlzələ oldu


Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də (Bakı vaxtı ilə saat 22:42-də) baş verib. Z

əlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bir neçə saat öncə Türkiyədə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.//publika


Seçilən
3
8
news24.az

10Mənbələr