AZ

Kosta-Rikada təyyarə qəzası nəticəsində 5 nəfər ölüb

 Kosta-Rikada kiçik Cessna 206 təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bir sərnişinin vəziyyəti ağırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Eskazu kantonunda qəzaya uğrayan təyyarənin qalıqlarına çata bilmiş Kosta-Rika Qızıl Xaç Cəmiyyətinin xilasedicilərinə istinadən "La Nación" nəşri məlumat yayıb.

Vəziyyəti ağır olan sağ qalan qadının yerini müəyyən edə biliblər. Xilasedicilər faciə yerinə gələndə 31 yaşlı qadın huşunu itirib.

Axtarış qrupu həmçinin beş cəsədi tapıb: ikisi təyyarənin içərisində, üçü isə çöldə. Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri Kosta Rikalı olub.

Bazar ertəsi yerli vaxtla saat 12:30 radələrində nömrəsi TI-GER olan kiçik Cessna 206 təyyarəsi radardan itib.
Təyyarənin göyərtəsində dörd sərnişin və iki pilot olub. Təyyarə paytaxt hava limanına doğru gedirdi, lakin zəif görmə səbəbindən hava limanı bağlanıb. Təyyarə alternativ aerodrom tərəfə getməyə məcbur olub, lakin tezliklə idarəetmə qülləsi ilə əlaqə kəsilib. Təyyarənin qalıqları dəniz səviyyəsindən təxminən 2100 metr yüksəklikdə cəngəllikdə tapılıb.

Seçilən
17
8
ucnoqta.az

10Mənbələr