AZ

Çempionlar Liqası: "Bavariya" PSJ-ni qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turuna doqquz görüşlə start veriləcək.

"Unikal" xəbər verir ki, günün ilk oyunlarında "Slovan Bratislava" "Milan"ı, "Sparta Praqa" isə "Atletiko Madrid"i Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.

Günün digər görüşlərində "Barselona" "Brest"lə, "Bayer Leverkuzen" "Zalsburq"la, "Bavariya" PSJ ilə, "İnter" "Leypziq"lə, "Mançester Siti" "Feyenoord"la, "Sportinq" "Arsenal"la, "Yanq Boyz" isə "Atalanta" ilə üz-üzə gələcək.

Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
4
1
unikal.az

10Mənbələr