Zaqatalada 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Bakupost.az xəbər verir ki, rayonun Çobankol kənd sakini 1999-cu il təvəllüdlü İlqar Əhmədov, Mosul kənd sakini 2007-ci il təvəllüdlü S.Səlimova və Qazangül qəsəbə sakini 2016-cı il təvəllüdlü M.Əhmədov qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.