Həsrət yükün - duz etmişəm
Günü günə - üz etmişəm...
Bircə işi, düz etmişəm -
SEVMİŞƏM!..
Aydan ayı küsdürmüşəm,
Oxdan yayı küsdürmüşəm...
Bir qapını kəsdirmişəm -
SEVMİŞƏM!..
Gözümdə göz - güzgüm olub
İçimdə köz - istim olub...
Bir ad - bir söz ismim olub -
SEVMİŞƏM!..
Var olduğum bu bölümdə,
Haqq içimdə, Haqq çölümdə!
Hədə gəlsə, lap ölüm də -
SEVMİŞƏM!!!
Olanım bu, qalanım bu
Gerçəyim bu, yalanım bu!
Bu dünyadan talanım , bu -
SEVMİŞƏM!!!