ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayanda Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.Bu barədə Tramp özünün “Truth Social” sosial media platformasında məlumat yayıb. O, məlumatda sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb.Tramp minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə cinayət və narkotik gətirdiyinə diqqət çəkib.Meksika və Kanadanın uzun müddətdir davam edən problemi asanlıqla həll etmək üçün mütləq haqq və gücə sahib olduğunu ifadə edən Tramp, "Biz onlardan bu gücdən istifadə etmələrini tələb edirik və bunu edənə qədər onların böyük bir bədəl ödəmələrinin vaxtı gəldi" deyib.Tramp ABŞ-a göndərilən külli miqdarda narkotik, xüsusilə fentanillə bağlı Çinlə çoxlu söhbətlər etdiyinə diqqət çəkib və deyib:"Çinli nümayəndələr mənə dedilər ki, bu işlə məşğul olan narkotik alverçilərinə qarşı ən yüksək cəzanı, edam cəzasını tətbiq edəcəklər, lakin təəssüf ki, onlar bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır, əsasən də Meksika vasitəsilə. Buna son qoyulana qədər Çindən ABŞ-a gələn bütün məhsullara əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyik”.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta