AZ

BOKT-lərin nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb

BOKT-lərin

Azərbaycanda BOKT-lərin nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılır.

"APA-Economics" xəbər verir ki, bu, yeni təsdiqlənən “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nda öz əksini tapıb. Dəyişikliyə əsasən, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.

Bundan əlavə, Mərkəzi Bank “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.

BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblərə əsasən kreditlər milli valyutada maksimum məbləği 500 manat, gündəlik faiz dərəcəsi maksimum 0,3 %, qaytarılma müddəti maksimum 45 gün olmaqla verilə bilər. Gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Həmçinin, kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir və restrukturizasiya olunmur.

Əlavə edilib ki, BOKT-ların risk iştahasına uyğun olaraq kredit risklərinin idarə edilməsi siyasətini Müşahidə Şurası (Himayəçilik Şurası) təsdiq etməlidir. BOKT kredit risklərinin monitorinqini təmin edən müvafiq qaydalara və informasiya sisteminə malik olmalıdır.

Seçilən
11
18
xalqcebhesi.az

10Mənbələr